
Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin elektrik enerjisi təsərrüfatı yenilənir.
Bu məqsədlə "Zabrat" yarımstansiyasından adıçəkilən qəsəbəyə yeni iki dövriyyəli hava xətti çəkilir və bu ayın sonuna işlər yekunlaşacaq.
Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq, ölkə üzrə elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb. Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu operativ surətdə aradan qaldırılıb.
Yaranan hər hansı çətinliklərlə bağlı qurumun 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul edib. 21 İyul 2023
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib 18 Aprel 2023
- Elektron məlumat kitabçası haqqında 27 İyul 2023
- “Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub 05 May 2023
- “Azərişıq” ASC işğaldan azad edilən tarixi torpağımız Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir. 21 Avqust 2023