Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən Covid-19 Pandemiyası ilə əlaqədar Xüsusi Karantin Rejiminin 14 dekabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinədək sərtləşdirilməsi ilə bağlı “Azərişıq” ASC qarşıdakı günlər ərzində gücləndirilmiş iş rejimini davam etdirəcəyi barədə mətbuata açıqlama;
Pandemiya dövründə istehlakçılar bildirişləri sistem vasitəsilə risksiz əldə edə bilər, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı var. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcəkdir. Təlimat linkdə; (elektron bildiriş və online ödəniş)
Əlavə olaraq qeyd etmək istərdik ki, “SMART” sayğaclarla təchiz edilmiş abonentlərə "card reader"lər təqdim olunub. Hazırda pandemiya dövrüdür və bu bir daha onlara şərait yaradacaq ki, evdən çıxmadan həmin qurğu vasitəsi ilə hesablarına pul əlavə etsinlər".
Xüsusi karantin dövründə ödəmə məntəqələrinin və müxtəlif ödəniş şirkətlərə aid terminalların bağlı olması səbəbi ilə istehlakçılarımızın SMART kart sayğaclarının balansının artırılması problemi yaranmışdır. Layihədə istehlakçılarımız sadə bir qurğu əldə etməklə evdən internet vasitəsilə smart kart sayğac balansını artıra bilərlər.
Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən ödəniş etməklə əldə edə bilərlər.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edir. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.
Digər xəbərlər
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026