“3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edilir.
3D mobil xəritə “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Ağıllı həllər” konsepsiyasının baza elementlərindən biri hesab olunur.
“3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib. Növbəti mərhələ üçün “Azərişıq” ASC üzrə müxtəlif ərazilərdə (Xırdalan, Gəncə, Şirvan, Zaqatala,Balakən və.s) 2800 km-lik məsafədə çəkilişlər aparılıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.
“3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazidə aparılmış çəkilişlər xüsusi proqram təminatına yerləşdirildiyindən daha mobil olmaqla, istənilən yerdən əlçatanlığı tam təmin edir, istənilən ərazinin bütün detalları haqqında ətraflı məlumatlar əldə etmək mümkün olur. Eyni zamanda, həmin sistemdə şəbəkələrin texniki xüsusiyyətləri hərtərəfli əks olunduğundan, proseslərdə şəffaflıq təmin edilir, texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranır.
“3D mobil xəritə” sisteminin tətbiqi infrastrukturun yüksək dəqiqliklə qiymətləndirilməsinə və gələcək layihələrin məsafədən planlaşdırılmasına imkan verdiyindən, habelə yalnız bir prosedur nəticəsində şəbəkəyə qoşulmaq mümkün olduğundan, həmin sistemin tətbiqi “Azərişıq” ASC tərəfindən irəliyə atılmış növbəti uğurlu bir addımdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya məqsəd kimi qoyduğu “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq, Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərində “Azərişıq” ASC tərəfindən bu texnologiyaların tətbiqi nəzərdə tutulur.
“3D mobil xəritə” sistemi Azərbaycanın kommunal strukturlarında ilk dəfə olaraq “Azərişıq” ASC-də tətbiq edildiyindən, ərazilərin bu texnologiya ilə əldə olunmuş məlumatlarının gələcəkdə digər kommunal qurumlar üçün də istifadəsi əlverişli olacaqdır.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib 10 İyun 2026
- “Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir 26 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026