Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC regionlarda elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirir.
Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15- dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. Ümumilikdə 2567 ədəd yeni dayaq quraşdırılıb, 259 min 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin, Ergi ərazisində yeni 110/35/10 kV-luq, Əfətli kəndində isə 35/10 kV-luq y/st-lar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transformator məntəqəsi quraşdırılıb.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 07 İyun 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 28 İyul 2026