Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi ilə, o cümlədən sayğaclarla təmin olunma 100% olub.
Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində göstərilib.
2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 954 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 6 683 mln kVt/s (ümumi istehlakçıların 39,4%-ni təşkil edib) əhali qrupuna aiddir.
Büdcə zərfinə görə, 2019-cu ilin birinci yarısında 8 559,8 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 3 478,7 mln kVt/s-ı (40,6%) əhali qrupunun payına düşür.
Həmçinin elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 308 vahid artaraq 2018-ci ilin sonuna 2 613 813 vahid, bu il iyulun 1-nə isə 2 645 072 vahid təşkil edib.
Digər xəbərlər
- YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. 25 İyun 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026