Mayın 2-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından qidalanan 10 kV-luq 4 və 10 saylı hava xətlərində növbəli şəkildə təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mübariz İbrahimov, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov, Səməd Vurğun küçələri, Bəydili kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026