Mayın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Sulutəpə Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- “Azərişıq” ASC Xaçmazda KOBİA-nın təşkil etdiyi tədbirdə iştirak edib 01 Sentyabr 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verilib 08 Avqust 2026