Əhali üzrə elektrik enerjisinin istehlakı üçün hansı tariflər(qiymət) tətbiq olunur?
“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29 dekabr 2024-cü il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş, elektrik enerjisi tariflərinə əsasən ölkədə əhali istehlakçı qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 8.4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün bir kilovat-saata görə 15 qəpik müəyyən edilmişdir.
Məişət istehlakçısı kimdir?
Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.50. maddəsinə əsasən məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda və qarajlarda məişət ehtiyacları üçün (sahibkarlıq fəaliyyəti istisna olmaqla) elektrik enerjisindən istifadə edən fiziki şəxsdir.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- “Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir 26 İyun 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026