Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Xaçmazda “Kommunal xidmətlərə qoşulma zamanı mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz regional bölməsi, "Azəriqaz" İstehsalat Birliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, müvafiq sahibkarlıq subyektləri ilə yanaşı "Azərişıq" ASC-nin nümayəndələri də iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Xaçmaz Elektrik Şəbəkəsinin (EŞ) rəisi Fuad Budaqov tədbirdə iştirak edən 30-dək sahibkarla fikir mübadiləsi aparıb. Onların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb. Sahibkarlıq subyektlərinin elektrik şəbəkəsinə qoşulması, elektrik enerjisindən istifadə qaydaları, həmçinin Səhmdar Cəmiyyətin həyata keçirdiyi elektron xidmətlərlə bağlı ətraflı məlumatlar verilib.
Qeyd edək ki, “Azərişıq” ASC fermer və sahibkarlarla regionlarda mütəmadi görüşlər təşkil edir, onların təklif, tövsiyələri dinlənilir. Görülən işlər abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, eləcə də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının 8-ci regional turu təşkil olunub 20 Sentyabr 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- Bəzi ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 02 Sentyabr 2026