Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 24-də Şuşada vətəndaşları qəbul edib. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.
“Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində keçirilən tədbirdə Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Bu cür görüşlərin keçirilməsində məqsəd maarifləndirici məlumatların verilməsi ilə yanaşı, abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, mövcud problemlərin həll edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Digər xəbərlər
- “Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir 26 İyun 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026