“Azərişıq” ASC-nin kollektivi də koronavirusla mübarizəyə dəstək verib.
“Azərişıq” ASC COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.
Belə ki, ASC-nin rəhbərliyi bir aylıq əməkhaqqını tam, digər əməkdaşları isə öz aylıq əməkhaqlarının bir qismini Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir.
Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.
Digər xəbərlər
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Bakı və Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 22 İyun 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026