“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində həmkarlar ittifaqı üzvlərinin sağlamlıq və təhlükəsizliyinin qorunması, əməyin mühafizəsi sahəsində biliklərin artırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Elektroenergetika və Kommunal Müəssisələri işçilərinin İctimai Birliyinin Həmkarlar İttifaqı ilə “Azərişıq” ASC-nin birgə təşkil etdiyi tədbirdə istehsalat zamanı baş verə biləcək risklərin minimuma endirilməsi barədə də iştirakçılara ətraflı məlumatlar verilib.
Tədbir zamanı əməyin mühafizəsi üzrə mövcud qanunvericilik tələbləri, texniki təhlükəsizlik qaydaları, iş yerlərində təhlükəsiz davranış prinsipləri haqqında geniş informasiyalar çatdırılıb. Həmçinin fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları, mümkün istehsalat qəzalarının qarşısının alınması yolları barədə iştirakçılar məlumatlandırılıblar.
Çıxışlar zamanı bildirilib ki, “Azərişıq” ASC-nin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə regionlarda mütəmadi maarifləndirici tədbirlər, təlimlər, həmçinin yarışlar təşkil olunur. Bu məqsədlə ötən il ölkənin müxtəlif rayonlarında “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi”nin regional turları, eləcə də oktyabrın 15-də Hadrutda final yarışı keçirilib.
Tədbir çərçivəsində əməkdaşların sualları cavablandırılıb, gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Qeyd edək ki, “Azərişıq ASC işçilərin təhlükəsizlik sahəsində biliklərinin artırılması, bədbəxt hadisələrin qarşısının alınması, sağlam, təhlükəsiz əmək şəraitinin təmin edilməsi məqsədilə maarifləndirici tədbirləri davam etdirir.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 04 Sentyabr 2026
- Yasamal və Xəzər rayonlarının bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 04 Oktyabr 2026
- “Azərişıq” ASC Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir 14 Avqust 2026
- Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışı davam edir 05 Sentyabr 2026