
Yanvar-sentyabr aylarında “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada 3359 sahibkar müraciət edib. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artıb.
Bu barədə “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli oktyabrın 4-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçən ilin 9 ayında ASC-yə 1010 sahibkar müraciət edib.
“Sahibkarların müraciətlərinin sayında artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır”, - deyə E.Rüstəmli bildirib.
Digər xəbərlər
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” birgə ağacəkmə aksiyası keçirib. 23 Fevral 2023
- “Azərişıq” və “Azərenerji” birgə qanvermə aksiyası təşkil ediblər. 13 Yanvar 2023
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Balakən şəhərində vətəndaşları qəbul edib. 06 Aprel 2023
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edib. 03 Fevral 2023
- “Hadrut” qovşaq yarımstansiyası və İdarəetmə Mərkəzi istifadəyə verilib 05 May 2023