Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 10 sentyabr tarixində Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək rayonun Duzdağ qəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndlərində, eləcə də şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Bakı və Abşeronun bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 14 Sentyabr 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- Bu rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 25 Sentyabr 2026