Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai RETSİ-nə daxil olan Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində saat 09:30-dan 13:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Elektrik təsərrüfatında həyata keçiriləcək təmir işləri Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Ceyranbatan və Sumqayıt Elektrik Şəbəkələrini (EŞ) də əhatə edəcək. Beləliklə, saat 10:00-dan 15:00-dək Ceyranbatan ərazisində Tuğ-zavod, Asfalt zavod və Dəri sexi, həmçinin Sumqayıt EŞ-yə daxil olan Stansiya Sumqayıt və "MERO" yaşayış massivlərinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 26 İyul 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026