Abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 21-də bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.
Ağdaşda 35/10 kV-luq "Ağdaş" yarımstansiyasından çıxan 10 kV-luq 2-ci şəhər və "Dəhnə" hava xətlərində təmir işləri həyata keçiriləcək. Bu zaman şəhər ərazisində yerləşən İmadəddin Nəsimi küçəsi, o cümlədən rayonun Aşağı Ağcayazı, Dəhnəxəlil, Yuxarı Ağcayazı kəndləri və Türyançay qəsəbəsənin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Yevlaxın Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yuxarı Salamabad kəndlərinin bəzi ərazilərində 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Astarada 110/35/10 kV-luq "Astara" yarımstansiyasından qidalanan 35 kV-luq "Lovayin" hava xəttində təmir işləri yerinə yetiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 13:00-dək Çayoba, Hamoşam, Kakalos, Lovayin, Pensər, Siyaku, Şahağac, Təngərüd, Toradi kəndlərini əhatə edəcək.
Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 17 Sentyabr 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026