“Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kV-luq yarımstansiya tikilmiş, 7 ədəd 35/0,4 kV –luq KTM quraşdırılmış və 3 ədəd 35 kV-luq mövcud köhnəlmiş yarımstansiya yenidən qurulmuşdur. Yeni tikilmiş və yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılmışdır.
124 km-dən artıq 35 kV-luq yeni hava elektrik veriliş xəttləri çəkilmiş, 445 ədəd müxtəlif güclü KTM quraşdırılmış, 1534 km ÖİN tipli naqil çəkilmiş və abonetlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılmışdır.
Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xəttlərinin çəkilişi işləri aparılır. Xaçmaz şəhəri, 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri, M. Vəliyev küçəsində Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.
Digər xəbərlər
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026