"Azərişıq" ASC-nin Şimal-Qərb RETSİ üzrə Elektrik Şəbəkələrinin xidməti ərazilərində 2020-ci ilin 8 ayı ərzində görülmüş yenidənqurma işləri.
"Şimal-Qərb" RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir. Belə ki, cari ilin 8 ayı ərzində Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kV-luq yarımstansiya tikilir, 35/10 kV-luq "Meysəri" Y/st isə yenidən tikilməkdədir. Həmçinin, 1 ədəd 110/6 kV-luq, 10 ədəd 35/10 kV-luq yarımstansiyalar RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulmuşdur 110/35/10 kV-luq "Şıxlar" və 35/10 kV-luq "Çuxuryurd" Y/st-da işləri davam etdirilir. Bu istiqamətdə 110/6 kV-luq "İpək Kombinatı" və 110/10 kV-luq "Qubaxəlilli" Y/st-larında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir.
110 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində 9 ədəd qəzalı dayaq bərpa edilmiş, 161 ədəd dayaq quraşdırılmışdır və 9 km məsafədə yeni 35 kV- luq hava xətti çəkilmişdir.
6-10 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101.7 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kV-luq dayaq quraşdırılmış, 67.5 km naqil çəkilmişdir.
Yaşayış məntəqələrində aparılan yenidən qurma işləri çərçivəsində, 6-10-0.4 kV-luq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilmişdir, bir sıra kəndlərdə yenidənqurma işləri aparılmışdır. 0.4 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılmış, 84.1 km ÖİN tipli kabel xətti çəkilmiş, 115.8 km məsafədə təmir-bərpa işləri aparılmış, 191.9 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir.
6-10/0.4 kV-luq KTM-lər üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılmış, 201 ədədi əsaslı təmir edilmiş, standart qoruyucu və ayırıcılar quraşdırılmış və tam olaraq rənglənmiş, bunlardan 190 ədədinin ətrafı çəpərlənmiş və əlavə olaraq 201 ədədi cari təmir edilmişdir.
Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib 8 faiz itirilmiş enerji bərpa olunub.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024
- Azərişiq” ASC Lənkəranda sahibkarlarla görüş keçirib 04 Dekabr 2024
- Elektrik təchizatı şəbəkəsinə qoşulma prosedurunda elektron xidmətlərin yeri. 26 Yanvar 2024
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 09 Aprel 2024
- İstehlak olunan elektrik enerjisi üzrə yaranan debitor borclar, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına təsir edən mənfi amildir. 14 Oktyabr 2024