İyulun 31-də gecə saatlarında qəza nəticəsində Abşeron rayonu Quşçuluq massivinin və Masazır qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb.
“Azərişıq” ASC-dən bildirilib ki, hazırda ölkə üzrə dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib. Ötən gecə baş verən qəzadan dərhal sonra ASC-nin əməkdaşları və texnikası hadisə yerinə göndərilib. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Digər xəbərlər
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 21 Sentyabr 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 09 Avqust 2026
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- "AzərEnerji" və "Azərişıq" rəhbərliyi şəhidləri xatirəsini andı 27 Sentyabr 2026