Elektrik enerjisi itkilərinin azaldılması enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İtkilərin azaldılması istiqamətində görüləcək tədbirlərə elektrik təchizatının etibarlılığının, keyfiyyətinin yaxşılaşdırılması üçün paylayıcı şəbəkənin real zaman rejimində monitorinqi və idarə olunmasına imkan verən qabaqcıl nəzarət-idarəetmə, eləcə də yüksək sürətli telekommunikasiya texnologiyalarını aid etmək olar.
Həmçinin, Rəqəmsal şəbəkə texnologiyaları paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır. İtkilərin azaldılması istiqamətində mühüm addımlardan biri də smart sayğacların quraşdırılması prosesinin sürətləndirilməsidir. Belə ki, müasir sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır, eyni zamanda qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Növbəti illər ərzində də istismar müddətini bitirmiş elektrik sayğaclarının yeni sayğaclarla əvəz olunması, həmçinin yeni quraşdırılan sayğaclarda smart sayğacların faiz nisbətinin artırılması planlaşdırılır.
Gələcək dövrlərdə də enerji itkilərinin azaldılması, eləcə də müasir texnologiyaların və innovativ metodların tətbiqinin təşviqi istiqamətində Cəmiyyət tərəfindən işlər davam etdiriləcəkdir.
Digər xəbərlər
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Elektrik enerjisinə qənaət etməyin əhəmiyyəti və bu istiqamətdə görüləcək ümdə tədbirlər 15 Aprel 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026