Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən bir sıra kəndlərdə 35 kV-luq "Qarğalıq" hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar fevralın 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək rayonun Xırmandalı, Şəhriyar, Hacıtəpə, Köcəkli, Məmmədxanlı kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026
- "Azərişıq" ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının qalibi Hadrutda müəyyənləşib 17 Oktyabr 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026