Vətəndaşların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması “Azərişıq” ASC-nin fəaliyyətinin əsas hədəflərindəndir. Bu baxımdan abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam ödənilməsi, debitor borcların yaranmamasına şərait yaratmaqla yanaşı, Cəmiyyətin fəaliyyətinin sabit və səmərəli qurulmasına təkan verir. Həmçinin, innovativ texnologiyaların paylayıcı şəbəkədə tətbiqi ilə, enerji səmərəliliyinin artırılması və yaranmış debitor borcların azaldılmasında xüsusi əhəmiyyət kəsb edir.
Səhmdar Cəmiyyətin aidiyyəti qurumlarının gündəlik işlərinin planlaşdırılmasında enerji haqlarının vaxtında yığılması ilə yanaşı debitor borcların azaldılmasına yönələn tədbirlər də başlıca əhəmiyyət kəsb edir. Belə ki, abonentlərlə fərdi söhbətlər aparılmaqla qanunvericiliyin tələbləri izah olunur, paralel olaraq tərəfimizdən sms-smart sayğacların quraşdırılması işləri də davam etdirilir. Belə ki, bu tip sayğacların tətbiqi zamanı sayğac oxuma xətalarının daha da minimuma endirilməsi, qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır.
Bu məqsədlə, növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, quraşdırılan sayğaclar arasında smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların yığılması istiqamətində Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır. İstehlakçılara davamlı olaraq elektrik enerjisindən qənaətlə istifadə edilməsi, daha səmərəli və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi və istifadə edilən elektrik enerjisinin haqqının vaxtında ödənilməsi debitor borc yaranmamasına şərait yaratması istiqamətində maarifləndirmə işləri aparılır.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 May 2026