Abşeron rayonu və Xırdalan şəhərinin bir hissəsində, xüsusən də “Quşçuluq massivi” kimi tanınan yaşayış ərazisində bu gün səhər saatlarından etibarən elektrik enerjisi təchizatı dayandırılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, Xırdalan şəhəri ərazisində tikilən yeni yarımstansiya ilə əlaqədardır: “Hazırda yeni tikilən 110 kilovoltluq “Xırdalan” yarımstansiyasına ərazidə olan elektrik verilişi xətlərinin köçürülməsi həyata keçirilir. Təhlükəsizlik səbəbindən ərazidə enerji təchizatı dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa ediləcək. Bu planlaşdırılmış işlərlə bağlı istehlakçıları öncədən xəbərdar etmişdik”.
Digər xəbərlər
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026