2019-cu ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların 2800-nün obyektinə elektrik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.
ASC-dən bildirilib ki, ötən ilin 7 ayı ərzində 949 sahibkarın obyektinə elektrik enerjisi verilib.
“Bu artımın əsas səbəbi heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin “Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əlavə edib.
Digər xəbərlər
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026