1. Sahibkarlıq subyekti (tikinti obyektinin) enerji təchizatı şəbəkəsinə qoşulması üçün olduğu yeri tərk etmədən müraciət edə bilərmi?
Bəli. Müraciət etmək üçün istifadəçi azerishiq.az saytı və ya E-Gov.az - Elektron hökümət portalına daxil olmaqla enerji təchizatı şəbəkəsinə qoşulma üçün müraciət edə bilər.
2. Enerji təchizatı şəbəkəsinə qoşulma üçün xidmət haqqı hansı tariflərə əsasən müəyyən olunur?
Qoşulma haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2023-cü il tarixli, 399 №-li, “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na əsasən , Azərbaycan Respublikası Tarif şurasının “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” 03 may 2024-cü il tarixli, 4 №-li qərarı ilə müəyyən olunur.
3. Sahibkarlıq subyekti tikinti obyektinə elektrik transformatorunun quraşdırılması üçün olduğu yerdən müraciət edə bilərmi?
Bəli. Bunun üçün istifadəçi azerishiq.az saytı və ya E-Gov.az - Elektron hökümət portalına daxil olmaqla öz tikinti obyektinə elektrik transformatorunun quraşdırılması məqsədilə müraciət edə bilər.
4. Sahibkarlıq subyektinin tikintinin obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün etdiyi müraciətlə bağlı məlumat əldə edə bilərmi?
Bəli. Müraciət edən istifadəçi “ Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) tərəfindən qeydiyyata alındıqdan sonra müraciət nömrəsi və müraciət tarixi SMS və mail vasitəsilə vətəndaşa göndərilir.
5. Sahibkarlıq subyekti tikintinin obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciət etdikdə qoşulma haqqının ödənişini onlayn şəkildə ödəyə bilərmi?
Bəli. Ödənişi asanpay.az saytı vasitəsilə etmək olar.
6. Mülkiyyət sənədi (çıxarış) olmadığı halda ticarət obyektinin sahibi hər hansı digər sənədlərlə enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün müraciət edə bilərmi?
Bəli,mümkündür. Müvafiq icra hakimiyyəti orqanının sərəncamı, bələdiyyə qərarı, order, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və s. sənədlərlə müraciət edə bilər.
7. Sahibkarlıq subyekti mövcud tikinti obyektinə əlavə gücün alınması üçün onlayn müraciət edə bilərmi?
Bəli. Abonentə təqdim olunmuş texniki şərtdə qeyd olunan qoşulma gücünü, abonent kodunu və mülkiyyət sənədlərini azerishiq.az saytı və ya E-Gov.az - Elektron hökümət portalına daxil etməklə güc artımının alınması üçün müraciət etmək olar.
8. Sahibkarın enerji təchizatı şəbəkəsinə qoşulma üçün müraciət etdiyi zaman elektrik enerji üzrə gücün müəyyənləşdirilməsi üzrə hər hansı bir xidmət göstərilirmi?
Bəli. Sahibkarlar tikinti obyektinə məxsus daxili elektrik təchizat planını və işləyicilərinin sayını təqdim etməklə “yük hesabatının hazırlanması” xidmətinə müraciət edə bilər.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Oğuzda vətəndaşları qəbul edib. 05 İyul 2024
- “Azərişıq” ASC Binə qəsəbəsində yenidənqurma işlərini davam etdirir 27 Avqust 2024
- “Azərişıq" ASC Uşaqların Beynəlxalq Müdafiəsi Günü İlə Əlaqədar Təlim Keçirib. 01 İyun 2024
- “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma xidmətinin elektronlaşdırılması istiqamətində gördüyü işlər davam etdirilir. 31 Yanvar 2024
- "Azərişıq" ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır 23 İyul 2024