“Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə (bundan sonra “ETŞ”) qoşulma üzrə kommunikasiya strategiyası internet resursları, sosial media hesabları və digər kommunikasiya vasitələri vasitəsilə bu sahədə maraqlı tərəflərlə əlaqələrin qurulmasını, eləcə də müsbət imicin formalaşdırılmasını əhatə edir. Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklərlə bağlı vətəndaşların maarifləndirilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılması bu istiqamətdə əsas məqsədlərdən biridir.
Sahibkarlıq subyektlərinin ETŞ-yə qoşulması ilə bağlı məlumatlılıq və məmnunluq səviyyəsinin artırılması kommunikasiya fəaliyyətinin əsas məqsədlərindəndir. Bu yanaşma Azərbaycan Respublikasında biznes mühitinin daha da təkmilləşdirilməsinə və ölkənin beynəlxalq biznes reytinqlərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
Səhmdar Cəmiyyətin elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə kommunikasiya fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:
✅ ETŞ-yə qoşulma üzrə elektron xidmətlərin sayının artırılması;
✅ ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin məlumatlandırılması və maarifləndirilməsi, eləcə də prosesin sadəliyi barədə onların məlumatlılığının artırılması;
✅ ETŞ-yə qoşulma üzrə müddətin azaldılması;
✅ ETŞ-yə qoşulma prosesi zamanı sahibkarlarla fiziki təmasların minimuma endirilməsi və şəffaflığın artırılması;
✅ ETŞ-yə qoşulma ilə bağlı maraqlı tərəflərin müəyyənləşdirilməsi və qruplaşdırılması;
✅ aidiyyəti maraqlı tərəflərdən Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı rəylərin toplanması və məmnunluq səviyyəsinin öyrənilməsi;
✅ Səhmdar Cəmiyyətin ictimaiyyətdə müsbət imicinin formalaşdırılması.
Digər xəbərlər
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Bakı, Göyçay və Yevlaxın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Sentyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026