“Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə (bundan sonra “ETŞ”) qoşulma üzrə Kommunikasiya Strategiyası – internet resursları, sosial media hesabları və digər kommunikasiya vasitələri ilə qeyd olunan sahədə maraqlı tərəflərlə əlaqələrin qurulması, müsbət imicin formalaşdırılmasını əhatə edir. Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, təbliğat işinin effektiv şəkildə aparılması kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasınıda əsas məqsədlərdən biridir.
Sahibkarlıq subyektlərinin ETŞ-yə qoşulması ilə bağlı məlumatlılıq və məmnunluq səviyyəsinin artırılması Kommunikasiya üzrə əsas məqsədlər Azərbaycan Respublikasında biznes mühitinin daha təkmilləşdirilməsinə və onun beynəlxalq biznes reytinqlərində mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Səhmdar Cəmiyyətin elektrik təchizatı şəbəkəsinə qoşulma kommunikasiya fəaliyyəti üzrə əsas məqsədləri aşağıdakılardır:
✅ ETŞ-yə qoşulma üzrə elektron xidmətlərin sayının artırılması;
✅ ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin sayının əhəmiyyətli şəkildə artırılması;
✅ ETŞ-yə qoşulma üzrə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və prosesin sadəliyi ilə bağlı onların məlumatlandırılması;
✅ ETŞ-yə qoşulma üzrə müddətin azaldılması;
✅ ETŞ-yə qoşulma prosesi zamanı sahibkarlarla fiziki ünsiyyətlərin minimuma endirilməsi və şəffaflığın artırılması;
✅ ETŞ-yə qoşulma ilə bağlı maraqlı tərəflərin müəyyənləşdirilməsi və onların qruplaşdırılması.
✅ Aidiyyəti maraqlı tərəflərdən Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı rəylərin toplanması və məmnunluq səviyyəsinin öyrənilməsi;
✅ Səhmdar Cəmiyyətin ictimaiyyətdə müsbət imicinin formalaşdırılması.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 05 May 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026