İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Səhmdar Cəmiyyətin əsas hədəflərindən biridir. Bu hədəflərin icrası məqsədilə Səhmdar Cəmiyyət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Bundan əlavə istehlakçıların ödəniş intizamını pozmaması, istehlak etdikləri elektrik enerjisinin haqqını vaxtında ödəməsi Cəmiyyətin öz fəalliyətini daha da operativ qurmasına şərait yaradır. Bununla yanaşı, Səhmdar Cəmiyyət tərəfindən elektrik enerjisindən istifadə qaydalarının müvafiq tələblərinə istehlakçılar tərəfindən əməl olunması da mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə aparılan tədbirlər sırasına istehlakçılar arasında maarifləndirmə və təbliğat işlərinin aparılması məsələləri daxil edilməlidir.
Belə ki, debitor borcların yığılması istiqamətində həyata keçirilən tədbirlər arasında istehlak olunmuş elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı normativ sənədlərin tələblərinin abonentlərə çatdırılması işinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Borcu olan abonentlərlə fərdi işin aparılması həmin debitor borcların yığılmasına mübət təsir edir.
Bundan əlavə, istehlakçıların elektrik enerjisindən istifadəsinə, onun haqqının vaxtında ödənilməsi istiqamətində marifləndirmə işlərinin aparılması məqsədilə yerli struktur bölmələrimizin əməkdaşları tərəfindən də, mütəmadi tədbirlər həyata keçirilir. Abonentlərə təqdim edilən bildiriş xəbərdarlıqlarda istifadə edilən elektrik enerjisinin haqqının ödənilməsi və qanunla nəzərdə tutulmuş müddətdə elektrik enerjisinin haqqının ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıqlar edilir.
Bütün görülən tədbirlərlə yanaşı, dövlət elektroenergetika müəssisəsi və müstəqil elektrik enerjisi istehsalçılarından topdan alınmış elektrik enerjisinin haqqının öhdəlik tələbləri çərçivəsində ödənilməsi, ötürücü qurğu və avadanlıqların saxlanması, onlara texniki xidmətin vaxtında göstərilməsi, həmçinin işçi personalın əmək haqqlarının ödənişinin təmin edilməsi üçün istehlakçılara satılmış elektrik enerjisinin haqqının vaxtında və tam ödənilməsi zəruridir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən elektrik enejisinin istifadəsində israfçılığa və qeyri-qanuni elektrik şəbəkəsinə qoşulma hallarına qarşı nəzarət strukturlarımızın əməkdaşları tərəfindən müvafiq akt tərtib olunmaqla nəzarət tədbirləri həyata keçirilir.
Hörmətli abonentlər, istehlak etdiyiniz elektrik enerjisinin haqqının vaxtında ödənilməsi əhəmiyyətlidir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026