2020-ci il yanvarın 7-də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Vüqar Cəbrayıl oğlu Əhmədov Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb.
O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idraəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.
2015-2018-ci illərdə Rusiya Federasiyasının Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. O, Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb.
2015-ci ildən hal-hazıradək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışırdı. 2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.
Digər xəbərlər
- Bəzi ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 02 Sentyabr 2026
- Bakı və ətraf regionların bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 Avqust 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026