Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərə paylayıcı şəbəkədə və istehlakçıların (sahibkarların) enerji təsərrüfatında reaktiv gücün kompensasiyası da daxildir. Bu istiqamətdə mütəmadi sahibkarlarla maarifləndirici tədbirlər təşkil olunur. Həmçinin, paylayıcı şəbəkə daxilində reaktiv gücün buraxılabilən hədlərdə saxlanılması üçün müvafiq tədbirlər aparılır. Keçirilən tədbirlər elektrik enerjisinin faktiki itkilərinin azaldılması, enerjitəchizatı müəssisəsinin gəlirlərinə müsbət təsir göstərir. Şəbəkələrin fəaliyyətləri istiqamətində təşkilati tədbirlərin formalaşdırılmasına və texniki itkilərin azaldılması tədbirlərinə əsas diqqət yetirilir.
Təşkilati tədbirlər:
- innovativ metodların və müasir texnologiyaların (aidiyyəti rəqəmsallaşma, şəbəkənin transformasiyası) tətbiqi,
- texniki personal üçün təlimlərin keçirilməsi,
- itkilərin azaldılmasına nəzarət edən xüsusi qrupun yaradılması;
- itkiləri yaradan səbəblərin təhlili;
- bu sahədə normativ-texniki bazanın təkmilləşdirilməsi.
Texniki tədbirlər:
- həddən artıq yüklənmiş xətlərdə naqillərin yeni, müasir naqillərlə əvəz edilməsi;
- paylayıcı şəbəkənin iş rejimlərinin və sxemlərin optimallaşdırılması;
- reaktiv gücün kompensasiyası;
- mövsümi iş xarakterinə aid olan transformatorların ehtiyata çıxarılması;
- az və ya həddindən artıq yüklənmiş transformatorların müvafiq gücə uyğun dəyişdirilməsi;
- yük balansının formalaşdırılması.
İtkilərin azaldılması üçün həyata keçirilən mühüm tədbirlər sırasına aşağıdakıları da aid etmək olar:
- uçota alınmamış, enerji istehlak olunan kənar xətlərdən istifadə edən enerji istehlakçılarının müəyyən olunması və aradan qaldırılması;
- elektrik enerjisinin ölçü cihazlarının modernləşdirilməsi;
- elektrik enerjisinin məsafədən ölçülməsinin təşkil edilməsi;
- elektrik enerjisinin uçotu və nəzarəti üçün avtomatlaşdırılmış sistemin tətbiqi;
- balans mənsubiyyəti sərhədində məsafədən idarəolunan müasir cihazların quraşdırılması;
- məişət abonentləri üzrə kommersiya uçotunda yüksək dəqiqlik sinifinə malik və kənar müdaxilələrdən maksimum qorunan yeni sinif elektrik ölçmə cihazlarının quraşdırılması.
Bu tədbirlərlə yanaşı təchizatçı şəbəkə sahibkarlar, məişət abonentləri arasında yuxarıda qeyd olunan tədbirlərin mahiyyətinin nədən ibarət olduğu barədə maarifləndirmə və təbliğat işləri aparmalıdır.
Digər xəbərlər
- Bakının bəzi rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 27 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- “Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır 06 Avqust 2026
- Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026