Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir. Yenidənqurma işləri Saray qəsəbəsi və Yeni Yaşmada da davam edir.
Saray qəsəbəsində yerləşən Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı bu ərazidə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatını çətinləşdirirdi. “Azərişıq” ASC problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.
“Azərişıq” ASC Yeni Yaşmada müəllimlər üçün ayrılan “Maarif” bağları adlanan ərazidə də abonentləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün işlərini davam etdirir. Ərazidə bütün elektrik şəbəkəsi yenilənir, köhnə dayaqlar və elektrik xətləri yenisi ilə əvəz olunur. Abonentlər üçün yeni smart sayğaclar quraşdırılır.
Həm Saray qəsəbəsində Köhnə kənd adlanan ərazidə, həm də Yaşmada yenidənqurma işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.
Digər xəbərlər
- Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 İyun 2026
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026