8“Azərişıq” ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrimizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.
Həmçinin, abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilərlər. “Smart” sayğacdan istifadə edən istehlakçılara tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar. İstehlakçı məmnuniyyəti əsas hədəfimizdir. Bir daha xalqımızı Qurban bayramı münasibəti ilə təbrik
Digər xəbərlər
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 11 Mart 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026