Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yerlərdə sahibkarların rahat fəaliyyəti üçün “Azərişıq” ASC hər zaman bu sahəyə xüsusi diqqət yetirir. Bununla bağlı mütamadi olaraq yerlərdə fermerlərin və sahibkarların fikirləri, təklif və tövsiyyələri dinlənilir. Belə görüşlərdən biri də Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində təşkil olunub. Əllidən çox sahibkar və fermerin iştirakı ilə keçirilən görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, həmçinin Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.
Görüş əsnasında bildirilib ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qrurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.
Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırdıqları bəzi problemlər yerindəcə həll olunub.
Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.
Digər xəbərlər
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- Yasamal və Suraxanının bəzi hissələrində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 13 Avqust 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026