Fevralın 21-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar strukturlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Məlumata görə qəbula yazılanların əksəriyyəti Şamaxı və Qobustan kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması üçün son zamanlar “Azərişıq” ASC tərəfindən görülən işlərə görə minnətdarlıq ifadə ediblər. Sakinlər bildiriblər ki, Prezident İlham Əliyevin bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq barədə verdiyi göstərişin yerinə yetirilməsinin nəticələrini artıq Şamaxı və Qobustan kəndlərinin sakinləri görməkdədir. Onlar evlərinin elektrik enerjisi ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.
Qəbulda vətəndaşların əlavə araşdırma tələb edən müraciətləri də nəzarətə götürülüb, onların operativ həlli üçün müvafiq struktur bölmələrə yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyətinə aid olmayan müraciətlər isə qeydə alınıb, onların aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 20 Avqust 2026
- Nizami və Nəsimi rayonlarının bu ərazilərində fasilə yaranacaq 24 May 2026
- Elektron xidmətlərin tətbiqi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində mühüm addımdır 26 Yanvar 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026