Özbəkistanda Türkdilli dövlətlərin gənc energetikləri arasında “Peşə Ustalığı Yarışları” keçirilib. “Azərişıq” ASC-nin komandası Səmərqənddə təşkil olunan yarışda Azərbaycanı uğurla təmsil edib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” ilk dəfə “Azərişıq” ASC-nin təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Hadrutda keçirilib.
Özbəkistanda təşkil olunan tədbirin açılış mərasimində “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov da iştirak edib.
Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Özbəkistan, Tatarıstan, Qırğızıstan, Türkiyə və Qazaxıstanın elektroenergetika sektorunun peşəkar mütəxəssisləri üç gün ərzində 3 mərhələdə bilik və bacarıqlarını nümayiş etdiriblər. “Azərişıq” ASC-nin komandası yüksək peşəkarlıq, texniki bilik və çeviklik göstərərək bütün rəqiblərini üstələyib. Təmsilçilərimiz ölkəmizdə paylayıcı şəbəkələrdə tətbiq olunan innovativ yenilikləri nümayiş etdirməklə bütün mərhələləri ən yaxşı nəticə ilə başa vurublar. Tapşırıqları düzgün yerinə yetirdiyi üçün maksimum 600 bal qazanan komandamızın aktivinə münsiflər heyəti yarış şərtlərinə əsasən normativləri vaxtından tez yerinə yetirdiyi üçün daha 20 bal əlavə ediblər. Beləliklə, “Azərişıq” komandası 620 balla yarışların ali mükafatı olan Qran-Priyə layiq görülüb.
Türkdilli dövlətlərin gənc energetikləri arasında “Peşə Ustalığı Yarışları” növbəti dəfə 2026-cı ilin mayında Türkiyədə keçirilməsi planlaşdırılır.
Digər xəbərlər
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026