Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması ”Azərişıq” ASC-nin daim diqqət mərkəzindədir. Qeyd olunan tapşırığın icrasını təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi və əlçatanlığının təmin edilməsi məqsədilə bütün xidmətlərin elektronlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
İstehlakçılara göstərilən xidmətlər sırasında Enerji Təchizatı Şəbəkəsinə Qoşulma xidmətinin elektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Artıq abonentlər yerləşdiyi ərazini tərk etmədən bu xidmətlə bağlı müraciətlərini elektron qaydada həyata keçirə bilərlər. Bunun üçün vətəndaşlar https://e-gov.az/ portalı və ya https://e-service.azerishiq.az/ saytı üzərindən müraciətlərini aidiyyatı üzrə göndərə bilərlər.
Yaradılan bu xidmət, enerji təchizatı şəbəkəsinə qoşulma prosesini daha da optimallaşdıraraq, həm fiziki, həm də hüquqi şəxslər üçün vahid, şəffaf və effektiv platformanı təmin edir.
Xidmətin elektronlaşdırılmasının əsas üstünlükləri aşağıdakılardır:
• Sürətli və rahat müraciət: Vətəndaşlar olduqları ünvandan çıxmadan, internet üzərindən müraciət edə bilərlər. Bu, müraciət prosesini xeyli sürətləndirir və asanlaşdırır
• Məlumatlılıq: Elektron sistem vasitəsilə müraciətin statusunu izləmək və lazım olan məlumatları asanlıqla əldə etmək mümkünlüyü.
• Şəffaflıq və effektivlik: Elektron sistem müraciətlərin şəffaf və obyektiv şəkildə emal edilməsini təmin edir, həmçinin insan faktorundan asılılığı azaldır.
Enerji Təchizatı Şəbəkəsinə Qoşulma" xidmətinin elektronlaşdırılması ümumilikdə enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin optimallaşdırılmasına, abonentlər üçün şəffaf və vahid xidmətin təmin olunmasını şərtləndirir və bu sahədə müsbət irəliləyişləri təşviq edir.
“Azərişıq” ASC tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Digər xəbərlər
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- “Azərişıq” ASC Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb 04 Avqust 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026