“Azərişıq” ASC göstərilən xidmətlərin istehlakçlara əlçatan olması və operativliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.Bu xidmətlərdən biri də abonentlərin elektrik təchizatı şəbəkəsinə qoşulmasının (ETŞ) təmin edilməsidir. Bu baxımdan Cəmiyyətin www.azerishiq.az internet səhifəsində “Elektrik şəbəkəsinə qoşulma” bölməsi ilə yanaşı “Elektron işıq portalı” bölməsi də yaradılmışdır. Həmin bölmələrdə, ETŞ-yə qoşulma üçün müraciət etmə qaydaları, müraciətlərin (şikayət və təkliflər) icra mexanizmləri (daxili qaydalar), o cümlədən tələb olunan sənədlərin siyahısı barədə məlumatlar öz əksini tapır.
Cəmiyyət tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə Elektron Hökümət Portalına inteqrasiyası davam etdirilir, elektron platforma üzərindən “online” qəbul və nəzarət sistemi tətbiq edilir.Belə ki, istehlakçılar “e-gov.az” və ya “e-service.azerishiq.az” saytından onlayn qaydada müraciət etməklə Cəmiyyətin bir çox elektron xidmətlərindən yararlana bilərlər.
Elektrik təchizatı şəbəkəsinə qoşulmanın istehlakçılar üçün daha rahat və əlçatan olması üçün sahibkarlıq subyektlərinin ETŞ –yə elektron şəkildə qoşulması prosedurları üzrə video təlimat hazırlanmış və 2024-cü ilin yanvar ayı ərzində "Azərişıq ASC-nin rəsmi səhifəsinə yüklənmiş və sosial şəbəkələrdə olan səhifələrində yayımlanmışdır.
Həmçinin, cari ilin yanvar ayı ərzində ETŞ-yə qoşulma sahəsində aparılmış islahatlar və həyata keçirilən yeniliklər barədə KOB inkişaf Agentliyinin və sahibkarların iştirakı ilə Lənkəran və Sumqayt şəhərlərində görüşlər keçirilmiş, sahibkarların sualları cavablandırılmışdır. Görüş kütləvi informasiya vasitələrində (KİV) yayımlanmışdır.
ETŞ-yə qoşulma sahəsində aparılmış islahatlar və həyata keçirilən yeniliklər barədə KOB inkişaf Agentliyinin və sahibkarların iştirakı ilə Lənkəran və Sumqayt şəhərlərində görüşlər keçirilmiş, sahibkarların sualları cavablandırılmışdır. Görüş kütləvi informasiya vasitələrində (KİV) yayımlanmışdır.
Sahibkarlıq subyektlərinin elektron poçt üzrə məlumat bazası üzərindən ETŞ-yə qoşulma ilə məlumatların, yeniliklərin və digər aidiyyəti mövzuların sahibkarların elektron poçt ünvanlarına göndərilmişdir.
Sahibkarlıq subyektlərinin elektron və qeyri-elektron olaraq ETŞ-yə qoşulma statistikası azerishiq.az rəsmi internet saytında yerləşdirilmişdir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud müasir imkanların ictimaiyyətə çatdırılması 04 May 2026