
“Azərişıq” ASC-nin kollektivi də koronavirusla mübarizəyə dəstək verib.
“Azərişıq” ASC COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.
Belə ki, ASC-nin rəhbərliyi bir aylıq əməkhaqqını tam, digər əməkdaşları isə öz aylıq əməkhaqlarının bir qismini Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Bundan başqa, ölkə üzrə görülən profilaktik tədbirlər çərçivəsində koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə “Azərişıq” ASC tərəfindən qabaqlayıcı addımların atılması da davam etdirilir.
Əməkdaşların sağlamlığını təmin etmək məqsədilə səhmdar cəmiyyətin bütün inzibati binalarının giriş-çıxış hissələrində mütləq şəkildə istifadə üçün dezinfeksiyaedici məhlullar qoyulub, tibbi maskalar paylanıb. Əməkdaşların təmasda olduğu bütün səthlər mütəmadi şəkildə dezinfeksiya edilir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 7-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib. 07 İyun 2022
- Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub. 19 Aprel 2022
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub 11 May 2022
- “Azərişıq” ASC tərəfindən yeni NFC sayğaclar istifadəyə verilir. 07 Fevral 2022
- Zəngilan rayonunun Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir. 16 May 2022