“Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir.
Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş görülür. Rayon ərazisində hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib və genişmiqyaslı işlər bu gün də aparılır.
Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilir.
İşlər çərçivəsində 23 km-dan artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib.
12 km-dan çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 km-dan artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir.
Digər xəbərlər
- İyulun 14-də bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 13 İyul 2026
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 23 Avqust 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026