“Azərişıq” ASC regionların elektrik təsərrüfatının yenilənməsi məqsədilə quruculuq və əsaslı təmir-bərpa işlərinə davam edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri çərçivəsində İmişli və Beyləqan rayonlarının bir sıra ərazilərində köhnəlmiş elektrik təsərrüfatı yenisi ilə əvəz olunur.
İmişlinin Oruclu kəndində işlər tam yekunlaşıb. Kənddə 7 Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 0.4 və 10 kV-luq yeni dayaqlar əkilib, müasir elektrik xətləri çəkilib. Həmçinin Xubyarlı kəndinin elektrik təsərrüfatı yenidən qurulur.
Beyləqan rayonunun 4 kəndində – Aşağı Çəmənli, Aşıqalılar, Qaradağlı və Yuxarı Çəmənlidə yenidənqurma işləri hazırda davam edir. Qaradağlı kəndində yeni güc mərkəzləri – 5 KTM quraşdırılıb. 10 kV-luq yeni metal dayaqlar əkilib, açıq xətlər Özünüdaşıyan İzolyasiyalı Naqillərlə əvəz olunub. Həmçinin 0.4 kV-luq dayaqlar və xətlər də yenilənib.
İmişli və Beyləqan daxil olmaqla ARAN Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən rayonlar üzrə 14 kənd və qəsəbənin elektrik təsərrüfatı yenidən qurulur.
İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin digər regionlarında, eləcə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir.
Digər xəbərlər
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 Aprel 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 30 Sentyabr 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq 16 May 2026