Regionların sosial-iqtisadi inkişafına dair Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatını yeniləyir. Rayonun Arıqıran kəndində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur. İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.
Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0.4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sadalanan 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.
Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC Gədəbəylə yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 Avqust 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- “Azərişıq” ASC Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri həyata keçirir 28 Avqust 2026