Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC regionlarda yenidənqurma işlərini davam etdirir. İnvestisiya layihəsi çərçivəsində Gədəbəyin də elektrik şəbəkəsi yenilənir. Sovet dövründən qalma köhnə elektrik xətləri tamamilə müasir standartlara uyğun şəkildə yeniləri ilə əvəzlənir.
Gədəbəyin 350 abonenti olan Xar-xar kəndində sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmini üçün işlər davam edir. Kənddə 0.4 kV-luq yeni kabel xətləri çəkilib və dayaqlar basdırılıb. Müasir standartlara cavab verən yeni tipli sayğac qutuları quraşdırılıb və sayğaclara giriş naqilləri çəkilib. Əlavə 250 KVa-lıq transformator quraşdırılıb.
Rayonunun Arısu kəndində yenidənqurma işləri yekunlaşıb. Kənddə sakinlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq özünüdaşıyan izoliyasiyalı kabel xətləri çəkilib, dayaqlar basdırılıb.
Arıqıran və Zəhmət kəndlərində isə elektrik təsərrüfatının yenilənməsi işləri hələ də davam etdirilir. Yeni elektrik xətlərinin keçdiyi ərazilərdə dayaqlar basdırılır.
“Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq paralel şəkildə bütün regionlarda yenidənqurma və əsaslı təmir işlərini davam etdirir. Bölgələrdə elektrik təsərrüfatının yenilənməsi abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması və elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 05 Avqust 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 08 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- “Azərişıq” ASC yaranmış debitor borcların ödənilməsi ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2026-cı ildə də davam etdirəcəkdir 15 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 15 May 2026