"Azərişıq" ASC daim innovativ və texnoloji yenilikləri tətbiq edir. Vətəndaş məmnunluğunu və əlçatanlığı artırmaq məqsədilə həyata keçirilən növbəti belə yenilik SİMA yeni nəsil rəqəmsal imzanın “Azərişıq” ASC-nin sisteminə inteqrasiyası oldu.
Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb.
Tətbiq edilən bu rəqəmsal transformasiya ilə abonentlər vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən bu xidmətlərdən yararlana bilərlər.
Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq.
Əlavə məlumat əldə etmək üçün "Azərişıq" ASC-nin 199 Çağrı Mərkəzi, SİMA.az saytı və ya 157 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- “Azərişıq” ASC Ağdərənin elektrik təsərrüfatını yenidən qurur 25 Avqust 2026
- Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində “Azərişıq” ASC tərəfindən görülən tədbirlər 25 May 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026