“ASAN xidmət”də “Azərişıq” ASC-nin daha 2 xidməti yaradıldı.
Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün vahid tarifin tətbiqinə başlanıldı
“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 xidmət əlavə olunub. Bu gündən etibarən ölkədəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı 2 yeni xidmət fəaliyyətə başlayıb.
Qeyd edək ki, “yük hesabatının hazırlanması” (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) üçün ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu xidmət sifarişçinin tələbinə uyğun olaraq dərhal və ya 2 gün ərzində həyata keçirilir.
“İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” üçün də ərizə-blank və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi tələb olunur. Xidmətin müddəti isə işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Beləliklə “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsi göstərdiyi 11 xidmət, bu gündən etibarən 13 xidmət olub.
Bundan başqa, məlum olduğu kimi Nazirlər Kabineti “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə yeni qərar verib. Bununla da sahibkarların tələb olunan gücü 150 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə vahid tarif təsdiq edilib. Bu isə o deməkdir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə bu günə qədər xidmət göstərdiyi “qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində yeniliklər edilərək vahid tarif tətbiq olunub. Bu isə sözsüz ki, sahibkarların işini daha da asanlaşdırıb.
Digər xəbərlər
- Ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması “Azərişıq” ASC–nin prioritet istiqamətlərindən biridir. 09 Sentyabr 2024
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 22 Noyabr 2024
- Elektrik enerjisi üzrə debitor borcların azaldılması üçün müasir texnologiyalardan istifadə edilir. 16 Sentyabr 2024
- Enerji təhlükəsizliyi: əhali və qeyri-əhali qrupların enerji istehlakınin əsas göstəriciləri 03 Dekabr 2024
- “Azərişıq” ASC Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir. 21 May 2024