Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma işlərini davam etdirir. Cəlilabad və Masallının bir sıra kəndlərində də elektrik şəbəkəsi tamamilə yenilənir.
Cəlilabad rayonunun 3 kəndində – Komanlı, Rüstəmabad və Bəcirəvanda 0.4 və 10 kV-luq yeni metal dayaqlar əkilir, müasir elektrik xətləri çəkilir. Hər 3 kənddə açıq naqillərin yerinə müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 Kompleks Transformator Məntəqəsinin quraşdırılması nəzərdə tutulub.
Masallının Köhnə Alvadı kəndində ötən əsrin 60-cı illərində quraşdırılan elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Kənddə 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi və yeni sayğacların quraşdırılması davam edir. Həmçinin elektrik enerjisinə artan tələbat nəzərə alınaraq 10 Kompleks Transforator Məntəqəsi quraşdırılacaq.
Lürən kəndində 0.4 kV-luq dayaqların basdırılması, elektrik xətlərinin yenilənməsi işləri başa çatıb. Hazırda 10 kV-luq yeni dayaqlar əkilir, ÖİN-3 kabel xətləri çəkilir.
İstehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməklə yanaşı elektrik enerjisi itkilərini minimuma endirməyi hədəfləyən “Azərişıq” ASC Cənub regionu ilə yanaşı ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq və əsaslı təmir işlərini davam etdirir.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026