Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Energetika fakültəsinin (EF) dekanı, dosent Aydın Əliyev tədbir iştirakçılarını salamlayaraq, ASC nümayəndə heyətini təqdim edib.
Görüşdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, “Azərişıq” ASC-nin strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “Zülmətdən işığa” filmi nümayiş olunub.
Tədbirdə həmçinin “Azərişıq” ASC ilə ADNSU tələbələri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpa olunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 Avqust 2025
- “Azərişıq” ASC KOBİA-nın sahibkarlarla keçirdiyi görüşdə iştirak edib 16 May 2025
- “Azərişıq” ASC Ağdamın elektrik şəbəkəsini yeniləyir 22 Noyabr 2025
- “Azərişıq” ASC Cəlilabad və Masallının bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir 05 Aprel 2025
- Binəqədi rayonunun bir sıra ərazilərində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Avqust 2025