Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 28 iyul tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) məxsus yüksək təzyiqli su borusunda qəza baş verib. Bu zaman 6 kV-luq "Biləcəri-2" hava xəttinin keçdiyi ərazidə dayaqlardan biri qəzalı vəziyyətə düşüb. Yaranan çətinliyin tez bir zamanda aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar saat 14:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.