Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 1-də bəzi rayonlarda 6 və 10 kV-luq hava xətlərində, eləcə də 35/6 kV-luq transformator məntəqələrində təmir, yenidənqurma işləri həyata keçiriləcək.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:30-dan 13:00-dək şəhərin Ağalı, İlqar Millətoğlu, Məhəmməd Füzuli, Müşfiq İsayev, Nəriman Nərimanov, Səməd Vurğun, Yuxarı Zeynəddin küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçay şəhər ərazisində yerləşən Əli Kərim, Molla Pənah Vaqif, Nəriman Nərimanov, Rauf İsayev küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə Mingəçevir EŞ ərazisində saat 10:00-dan 13:00-dək Dəniz Yolu Bağlar yaşayış massivi, 20 Yanvar, Dilarə Əliyeva, Hacı Zeynalabidin Tağıyev, Müslüm Maqomayev, Üzeyir Hacıbəyov küçələrini də əhatə edəcək.
Yevlaxın Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Bərdə EŞ ərazisində saat 10:00-dan 15:00-dək Çələbilər, Məşədiibişli, Mollalı, Nifçi kəndlərinin bəzi hissələrində enerjinin verilişi müvəqqəti olaraq dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.