Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yenidənqurma, Masazır qəsəbəsində 10 kV-luq hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq 21 noyabr tarixində saat 11:00-dan saat 14:00-dək Xırdalan şəhəri Hacı Zeynalabidin Tağıyev, Məhəmməd Hadi küçələri, Heydər Əliyev prospekti, Masazır qəsəbəsində isə Cəlil Məmmədquluzadə, Memar Əcəmi, 20 Yanvar, Koroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- Yenidənqurma işləri ilə əlaqədar Bakı və Abşeronun bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 07 Oktyabr 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026