Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 9 dekabr tarixində 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq bölmədə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Abşeron RETSİ ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində yerləşən 35/6 kV-luq 493 saylı yarımstansiyada 6 kV-luq bölmədə təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:30-dək Bilgəh qəsəbəsi Azərbaycan qadını, Rəşid Behbudov küçələri və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib 09 Sentyabr 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- “Azərişıq” ASC Xaçmazda KOBİA-nın təşkil etdiyi tədbirdə iştirak edib 01 Sentyabr 2026
- İstehlak olunan elektrik enerjisi üzrə yaranmış debitor borcların ödənilməsi istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına müsbət təsir edir 07 Oktyabr 2026